Tribuna İnformasiya Agentliyi

Sərnişin təyyarəsi qəzaya uğradı

07 Dekabr

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi radarlardan itib. 

Pakistan Hava Yollarına məxsus sərnişin təyyarəsi radarlardan itib.

TİA.AZ xəbər verir ki, bu barədə yerli “Dawn” qəzeti məlumat yayıb. Qəzet yazır ki, təyyarə yerli vaxtla 15.30-da Çitral şəhərindən çıxıb və 16.40-da İslamabadda enməli idi.

“Daily Pakistan” isə şahidlərə istinadən xəbər verir ki, təyyarə qəzaya uğrayıb.

İddia edilir ki, təyyarə dağa çarpılıb. Nəşrin məlumatına görə, təyyarənin göyərtəsində 42 sərnişin və 5 ekipaj üzvü olub.