Tribuna İnformasiya Agentliyi

Sərkisyanın ermənilərə vədi: İnflyasiya başladı

06 Aprel

Parlament seçkisində Ermənistanda bananın qiyməti 700 dramdan 750 drama qədər qalxıb. 

Parlament seçkisində Ermənistanda bananın qiyməti 700 dramdan 750 drama qədər qalxıb.


TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. Qəzet bananın Ermənistana gətirilməsinə yalnız bir şirkətin nəzarət etdiyini bildirib. Bu, bir müddət əvvəl hakim Respublika Partiyasından deputat olmuş Miqran Poqosyanın “Ketrin qrup” şirkətidir.

Bananla bərabər, benzinin qiyməti də artaraq 330 dramdan 380 drama qalxıb. Dizelin qiyməti isə 360 drama çatıb. Qəzet inflyasiya dalğasının əsasən mayda olacağını bildirib.