Serj Sarkisyan istintaqa çağırılacaqbackend

Serj Sarkisyan istintaqa çağırılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2008-ci il 1 mart hadisələri ilə bağlı ifadə verəcək.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xüsusi İstintaq Komitəsinin rəhbəri Sasun Xaçatryan açıqlama verib.

“Dəfələrlə açıqlanıb ki, 1 mart hadisələrinə aidiyyatı olan hər kəs ifadə verəcək. Onlar arasında Serj Sarkisyan da var”.

Bununla belə, o, Sarkisyanın istintaqa dəvət olunacağı tarixi açıqlamayıb.