Tribuna İnformasiya Agentliyi

“Seriallarda göstərirlər ki, kişi arvadını boşayıb, onun bacısını alır” – Rəşid Mahmudov

12 May

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov yerli telekanalları tənqid edib.

BiG.AZ xəbər verir ki, o bildirib ki, Azərbaycan kanalları birbaşa xalqın əlehinə işləyir:

“Bəzi verilişləri çıxmaq şərti ilə digərləri pul qoyub insanları pis yola dəvət edir. Qızlar bu gün istəyirlər ki, maşını və bir otaqlı evi olsun, kef eləsin. Amma bu, normal bir şey deyil. Çünki hər canlı doğub, törəməlidir. Millətə xeyir verməlidir. Elə insanlar tanıyıram ki, tamam kütləşib. Serialları qəbul etmirəm. O seriallarda göstərirlər ki, kişi arvadını boşayıb, onun bacısını alır. Belə biabırçılıq olmaz”.