Sərhədlər bağlı qalıb, gələn-gedən yoxdur: – Azərbaycan turizmi nə qədər ziyana düşüb?backend

Sərhədlər bağlı qalıb, gələn-gedən yoxdur: – Azərbaycan turizmi nə qədər ziyana düşüb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq yay turizm mövsümü başa çatır.

Yay Azərbaycanda da turizm mövsümünün ən çox canlandığı mövsüm olunur. Məhz yay aylarında xarici ölkələrdən, xüsusən də qonşu ölkələrdən gələn turistlərin sayında artım müşahidə olunurdu. Lakin bu il mövcud pandemiya səbəbindən tam fərqli vəziyyət müşahidə etdik. Pandemiyada ən çox zərər çəkən sahələrdən biri də turizm sahəsi oldu.

Qeyd edək ki, BMT-nin Baş katibi Antonio Quterreş deyib ki, bu ilin beş ayı ərzində beynəlxalq turizm axınları yarıbayarından artıq, turizm xidmətlərindən əldə edilən mənfəət 320 milyard ABŞ dolları azalıb. Bilavasitə turizm sektoru ilə bağlı olan 120 milyonadək iş yeri təhlükədədir.

Turizm sahəsindən zərər çəkmiş ölkələrdən biri də Gürcüstandır. Belə ki, bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm gəlirləri illik müqayisədə 78% və ya 1,8 mlrd. ABŞ dollar azalaraq 483 mln. dollar təşkil edib. Bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib. Onun sözlərinə görə, pandemiya dövründə ən böyük zərbə turizm sektoruna dəyib. Nazir müavini qeyd edib ki, cari ilin 8 ayı ərzində Gürcüstanın vergi gəlirləri də ötən illə müqayisədə 330 mln. lari (106,3 mln. dollar) azalıb.

Maraqlıdır, ölkəmizdə turizm sahəsindəki itkilər hesablanıbmı? Ümumiyyətlə, pandemiya ölkəmizin turizm sahəsinə necə təsir edib? Gəlirlər nə qədər azalıb?

Mövzu ilə bağlı Cebhe.info-ya danışan Dövlət Turizm Agentliyinin mətbuat katibi Kənan Quluzadə bildirib ki, ötən illərlə müqayisədə turizm sahəsində də gəlir azalıb:

“Hazırda bütün sahələrdə olduğu kimi turizm sahəsində də yumşalmalar var. Lakin bu yumşalmalar hələ 3-4 gündür başlayıb. Bu səbəbdən yumşalmalardan sonrakı statistikanı hələ hesablamamışıq. Fevral ayında turizm sektorunun ümumdaxili məhsul payı 3.6 faiz idisə, may ayında artıq bu rəqəm 1.4 faiz təşkil edirdi. Bu il turizm sahəsində ötən illərlə müqayisədə mart-iyun aylarında təxminən 4 dəfə az əlavə dəyər yaradılıb”.

Dövlət Statistika Komitəsindən bildirilib ki, koronavirus (COVID-19) pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib. Mart ayından başlayaraq bu sahədə ciddi tənəzzül özünü göstərir. Məlumata görə, bu ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 152 ölkəsindən 618,3 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.