Sərhədlər bağlı qaldıqca əhalinin durumu ağırlaşır – Ekspertbackend

Sərhədlər bağlı qaldıqca əhalinin durumu ağırlaşır – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Sərhədlərin açılması cəmiyyətin əsas tələblərindən birinə çevrilib. Bu tələb heç də insanların səyahət ehtiyaclarından irəli gəlmir. Sərhədlərin açılması ticarət, əlavə gəlir mənbələri, xaricdə müalicə və digər həyati əhəmiyyətli məsələlərlə bağlıdır”.
Bu fikirləri Bakupost.az -a iqtisadçı ekspert Məhəmməd Talıblı quru sərhədlərin açılması ilə bağlı danışarkən deyib.
Ekspert bildirib ki, limitlə, sərt nəzarət və antisanitar-gigeynik normalar nəzərə alınmaqla sərhədlər açılmalıdır:
“Rusiyaya qarşı sanksiyaların ciddi təsirlərindən sonra iqtisadiyyatda ressesiyanın baş verməsi orada yaşayan həmvətənlərimizin sosial-iqtisadi həyatına ciddi təsir göstərib. Onlar əsas gəlir mənbələrini itirdikləri üçün ölkəmizə qayıtmaq istəyirlər. Quru sərhədlərin bağlanması onların öz ailələrinin yanına qayıtmasını əngəlləyir. Bu isə vətəndaşların sərbəst hərəkət hüququnun pozulması deməkdir. Bununla yanaşı sərhədyanı bölgələrdə yaşayan həmvətənlərimiz qonşu dövlətlərə keçə bilmirlər. Xüsusilə İran İslam Respublikası, Türkiyə ilə sərhədlər bağlıdır. İnsanlar özlərinin ərzaq ehtiyaclarını nisbətən ucuz qiymətə bu dövlətlərdən təmin edə bilirdilər. Amma quru sərhədlərinin bağlanması onların minimum gəlir “oksigenini” də qapadıb”.
M.Talıblı qeyd edib ki, sərhədlərin uzun müddət bağlı saxlanılması çıxış yolu deyil:
“Bu iqtisadiyyat üçün açılımı, iqtisadi genişlənmə kanallarını bağlamış olur. İnsanlara şərait yaratmaq lazımdır ki, istehlak, istehsal, mübadilə, sərmayə yolu ilə ölkədə iqtisadi hərarətlənməni təmin etsinlər. Sərhədlərin bağlı qalması iqtisadi fürsətləri qapadır və iqtisadi artımı tormozlayır”.