Sərhəddə qəribə vəziyyət: Erməni ordusu Qafanın yaxınlığındakı daha bir ərazini boşaldıbbackend

Sərhəddə qəribə vəziyyət: Erməni ordusu Qafanın yaxınlığındakı daha bir ərazini boşaldıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusu Qafan şəhəri istiqamətindəki daha bir postdan geri çəkilib. JAMAZ.İNFO xəbər verir ki  geri çəkilmə ilə bağlı videogörüntülər yayılıb və bu, Ermənistanda qalmaqala səbəb olub.

İlkin məlumata görə, müdafiə postunda qulluq edən hərbçilərin geri çəkilməsi barədə Ermənistan Müdafiə Nazirliyi əmr verib. Əmrin icrasından sonra Qafan “könüllüləri” əsgərləri əvəzləməyə cəhd ediblər. Lakin əraziyə hərbi polisin nümayəndələri gələrək, onları pistdan çıxarıb.

Erməni tərəfi belə bir addım atılmasının konkret səbəbləri barədə heç bir açıqlama verməyib. Ermənistan Müdafiə Nazirliyi də məsələ ilə bağlı susur. Həmin əraziyə Azərbaycan Ordusunun bölmələrinin daxil olması barədə də heç bir məlumat yoxdur. Bilinən odur ki, boşaldılan post Qafan şəhərinin bir neçə kilometrliyində yerləşir.

Bu arada, Qafan sakinləri baş verənlərdən ciddi narahat olduqlarını bildirirlər. Onlar Azərbaycan Ordusunun tezliklə Qafan şəhərində peyda olacağından qorxuya düşdüklərini söyləyirlər. Hətta yaranmış vəziyyətdən panikaya düşmüş bir neçə erməni ailəsinin şəhəri tərk etdiyi deyilir.