Sərhəddə erməni təxribatı: Azərbaycanın səbri hara qədərdir? – Ekspertbackend

Sərhəddə erməni təxribatı: Azərbaycanın səbri hara qədərdir? – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Baş verən bu hadisə Ermənistan silahlı birləşmələrinin idarə olunmasında hələ də ciddi problemlərin olduğunu göstərir”. 
Bunu  açıqlamasında hərbi ekspert Ədalət Verdiyev erməni silahlı birləşmələrinin aprelin 21-də Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribata aydınlıq gətirərkən deyib. Onun fikrincə, Rusiya tərəfi atəşkəsin pozulmasında maraqlı deyil:
“Çünki onların bölgədə mövcud olan məhdud sayda hərbiçiləri  növbəti eskalasiyanın qarşısını almaqda aciz qala bilərlər. Azərbaycan tərəfinin təmkin nümayiş etdirməsi əslində təqdir ediləcək hadisədir. Lakin bu dəfə xəbərdarlıqla kifayətlənmələri gələcəkdə belə hadisələrin cavabsız qalacağını düşünməyə əsas vermir”.
 
Ədalət Verdiyev hesab edir ki, Azərbaycan tərəfi bu hadisələrin qarşısını layiqincə almaq və təxribatcıları cəzalandırmaq üçün bütün imkan və potensiala malikdir.
Qeyd edək ki, aprelin 21-də erməni silahlı birləşməri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.