Sərhədçilərimiz erməni hərbçilərinin Qarabağa girişini əngəllədi (VİDEO)backend

Sərhədçilərimiz erməni hərbçilərinin Qarabağa girişini əngəllədi (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan sərhədçiləri emrəni hərbçilərini olduğu 3 avtobusu Laçın dəhlizindən Qarabağa buraxmayıblar.
Bu barədə erməni mediası məlumat yayıb.
Bildirilir ki, Azərbaycan sərhədçiləri erməni hərbçilərinə 9 noyabrda imzalanmış sazişdə Ermənistan silahlı qüvvələrinin işğaldan azad edilmiş ərazilərdə hərəkətinə icazə verilmədiyi qeyd edilib.
Erməni hərbçiləri də öz növbəsində Rusiya sülhməramlılarına müraciət edib. Kontigentin rəhbərliyi isə bildirib ki, bu problemi həll etmək onların səlahiyyətində deyil. Çünki Laçın dəhlizi yalnız Azərbaycan vətəndaşları və sülhməramlılar üçün nəzərdə tutulub.//Yenisabah.az