Tribuna İnformasiya Agentliyi

Sergey Sobyanin yenidən Moskvanın meri seçilib

10 Sentyabr

Rusiyanın Moskva şəhərinin meri postuna namizəd, şəhərin hazırkı rəhbəri Sergey Sobyanin seçkilərdə qalib gəldiyini elan edib.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə Sobyaninin və onun seçki qərargahının saytında yerləşdirilən məlumatda bildirilir.

“Seçki mətqələri bağlanıb. Səslər hesablanır. “Exit poll”arın nəticələri açıqlanıb. Dostlar, dəstəyə görə çox sağolun! Bu bizim ümumi qələbəmizdir”, – deyə məlumatda qeyd olunur.