Sergey Datsyuk: “Rusiyanın dağılması qaçılmazdır”backend

Sergey Datsyuk: “Rusiyanın dağılması qaçılmazdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Ukraynaya hücum etdiyi gün, fevralın 24-nə qədər ukraynalıların qələbəsinin sadəcə Rusiya Federasiyası ilə ayrılmasını hesab etmək olardı. Amma işğaldan, yəni Rusiyanın Ukraynanın gələcəyini görmədiyini deməsindən sonra bizə də Rusiyanın gələcəyini görməməkdən başqa heç nə qalmadı”.

Bunu Oxu.Az-a müsahibəsində Kiyev üçün qələbənin nə demək olduğunu izah edən tanınmış ukraynalı filosof və politoloq Serqey Datsyuk deyib.

Onun sözlərinə görə, Rusiya imperiyasının mövcudluğu ilə eyni zamanda Ukraynanın var olması mümkün deyil.

“Ona görə də bizə seçim qoymadılar”, – deyə müsahib qeyd edib.

Politoloq nəyin bahasına olursa-olsun, Rusiya süqut edənə qədər Ukraynanın mübarizəni davam etdirəcəyini vurğulayıb.

“Hətta Donbasda qoşunlarımızı mühasirəyə alsalar da, quru kordonları yaratsalar da, biz heç vaxt bununla razılaşmayacağıq. Rusiya süqut edənə qədər döyüşəcəyik, zərbələrimizi endirməyə davam edəcəyik. Bu, analitika deyil, niyyətimizdir. Bir, iki, beş, hətta 10 il çəksin, amma Rusiyanın dağılması qaçılmazdır. Ukraynaya qarşı nüvə zərbələri olsa belə, bu, Rusiyanı dağılmaqdan xilas etməyəcək. Ukraynalıları dayandıra biləcək heç bir vasitə yoxdur!” – deyə S.Datsyuk sözlərini yekunlaşdırıb.