Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”backend

Sərdar Ortaç “Beşiktaş”dan üzr istədi: “Tərbiyəsizlik etdim, çox peşmanam”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Adanada verdiyi konsert zamanı içkili halda “Beşiktaş”ı təhqir edən məşhur türkiyəli müğənni Sərdar Ortaç peşman olub.
Qaynarinfo “Milliyet”ə istinadən xəbər verir ki, Ortaç sosial şəbəkə hesabı ilə yanaşı canlı yayımda da üzr istəyib. O açıqlamasında bu sözləri deyib:
“Mən xəstəyəm. Sol ayağım yarımiflic vəziyyətindədir. Allaha şükür edirəm, iki ayağımı da ala bilərdi. Bu olaya çox üzüldüm, səhərə qədər yata bilmədim. Böyük tərbiyəsizlik etdim, çox peşmanam. Səhnədə içki içməməli idim. İçki bütün pisliklərin anasıdır. Camaatla eyni halda olmaq üçün mən də içdim. Halbuki içkini sevmirəm. Xəstəliyimlə əlaqədar içdiyim tonlarla dərman və alkoqol… İçkili halda böyük səhvə yol verdim. Məni bağışlayın. Artıq duadan başqa edə biləcəyim bir şey qalmayıb.
“Beşiktaş” tərəfdarları, başqanı və 30 illik dostum Sərgən Yalçın məni bağışlasın. Ümid edirəm ki, məni bağışlayarlar. Klubun prezidenti Ahmet Nur Çebi məni izləməyə çox gəlirdi. Səhv etdim, axmaqladım! Bir çox insanın qəlbinə dəydim. Lənət olsun. Ahmet Nur Çebinin yanına gedib üzr istəyəcəyəm. Məni silibsə üzüləcəm, çıxıb gedəcəm. İnanıram ki, buna görə mənə üz çevirməz.
“Beşiktaş” tərəfdarları ana, arvad təhqirləri etdilər mənə. Bütün azarkeşlər hirsləndi təbii ki. Fanat olsam mən də belə edərdim. Azarkeşlər dediklərində haqlıdırlar. Belə səhvlər etməməliyəm. Çərşənbə günü “Beşiktaş”ın oyununu komandanın formasında izləyəcəyəm. Təkərli oturacaqlar toplayıb “Beşiktaş”a verə bilərəm. Mahnı da bəstələyərəm. “Beşiktaş” azarkeşləri alicənab insanlardır, hamısını tanıyıram”.