Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medalbackend

Sərbəst güləşçilərimizdən 1 gümüş, 2 bürünc medal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan sərbəst güləşçisi Nurməhəmməd Hacıyev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında 3-cü yer uğrunda görüşə çıxıb.

TİA.AZ-ın məlumatına görə, 97 kq çəki dərəcəsində yer alan 24 yaşlı pəhləvanın rəqibi gürcüstanlı Elizbar Odikadze olub. İlk hissədə 0:1 hesabı ilə geri düşən Hacıyev ikinci yarıda da dönüş yarada bilməyib. O, yekunda 2:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənməli olub.

Beləliklə, Azərbaycan sərbəst güləşçiləri günü 3 medalla başa vurublar. Daha əvvəl Ağahüseyn Mustafayev (70 kq) gümüş, Əli Rəhimzadə (61 kq) və Cəbrayıl Həsənov (79 kq) bürünc medala yiyələnib.