“Sənin paqonlarını sökdürərəm, axmağın biri axmaq” – VİDEObackend

“Sənin paqonlarını sökdürərəm, axmağın biri axmaq” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən YPX.AZ saytında “yarı içəridə, yarı çöldə avtomobil idarə edən həkim qızı” başlığı ilə məqalə dərc edib video sujet paylaşmışdıq. Xəbər saytımızda dərc olunduqdan sonra YPX.AZ izləyicilərindən biri qaynar xəttimizə videogörüntü göndərib. Videogörüntünü göndərən şəxsin bildirdiyinə görə hadisə bir müddət əvvəl baş verib. Videogörüntüdəki Nərgiz xanım 99 AN 877 dövlət qeydiyyat nişanlı avtomobili ilə başqa bir avtomobili vurub. Hadisə yerinə ilk olaraq Nərimanov rayonu Mühafizə Polisinin əməkdaşları gəlib və təhlükəsizliyi təmin etməyə çalışıblar. Lakin bu nədənsə xanım sürücünün anası, “İzmir” klinikasında həkim işləyən Səadət Quliyevanın xoşuna gəlməyib. Bundan sonra həkim, “ziyalı” Səadət Quliyeva polislərə “sənin paqonlarını sökdürərəm, axmağın biri axmaq (ifadələrə görə üzr istəyirik, deyiləni olduğu kimi yazırıq) və s. kimi ifadələr işlədib və kütlənin içində polisləri təhqir etməkdən çəkinməyib. Bu görüntüyə baxdıqdan sonra bir daha aydın olur ki, onu saxlayan DYP əməkdaşlarının şəklini “hahahhaa pis getdiy” başlığı ilə paylaşan, şəhərin mərkəzində yarı içəridə, yarı çöldə avtomobil idarə edən Nərgiz xanım haradan və kimdən ilhamlanıb. Necə deyərlər “görə-görə gəlib”.

Ümid edirik ki, “görə-görə gələn” Nərgiz xanım və onun polisləri təhqir edən həkim, “ziyalı” anası qanunun da üzünü tezliklə görəcək. Məsələni nəzarətdə saxlayacağıq.