Tribuna İnformasiya Agentliyi

Sənətçilər arasında PRİMADDONA DAVASI

07 Dekabr

Türkiyənin iki məşhur sənətçisi: Bülent Ersoyla Emel Sayın bir-birinin ünvanına ağır ittihamlar səsləndirib. 

Türkiyənin iki məşhur sənətçisi: Bülent Ersoyla Emel Sayın bir-birinin ünvanına ağır ittihamlar səsləndirib.

TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, Eməl Sayın konsert verən zaman bir heyranı ona “həqiqi primadonna” söyləyib. Bunu eşidən məşhur sənətçi gülərək “Aa saxta primadonna da var?” – deyə bildirib. Emel Sayın sonra “Zarafat etdim, mənə hirslənməyin” desə də, onun saxta primadonna sözləri Bülənd Ersoyu qəzəbləndirib.

Bülent Ersoy bu hadisəyə “Bir insanın danışılmağa sözü olmayanda kiminsə ya kürəyindən, ya da çiynindən vurar”, – deyə reaksiya verib.

Yeni layihələri haqda da danışan sənətçi Tarkandan mahnı aldığını açıqlayıb: “Sağ olsun, yeni bir əsər hazırlayıb. Çox sevdim, çox bəyəndim. Onu təqdim etməyə hazırlaşıram”.