Sənədsiz evlər problemi necə həll edilməli?-Ekspert rəyibackend

Sənədsiz evlər problemi necə həll edilməli?-Ekspert rəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətəndaşın pul verib aldığı torpaqda ev tikə bilməməsi yaxud da tikdiyi evi sənədləşdirə bilməməsi ilə bağlı problemlər bu gün də aktualdır. Belə torpaqlar əsasən yaşayış yeri üçün nəzərdə tutulmayan kənd təsərrüfatı təyinatlı torpaqlardır. Mövzu ilə bağlı TİA-az-a danışan ekspert Vüqar Oruc deyir ki, yaşayış üçün nəzərdə tutulan torpaq sahəsi ilə kənd təsərrüfatı təyinatlı torpaqların keyfiyyəti eyni olmadığı üçün belə evlərdə təkcə hüquqi yox, həm də digər problemlər aktualdır:

“Təəssüflər olsun ki, belə arzuolunmaz hallarla tez-tez rastlaşırıq. İlk növbədə onu qeyd edim ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaq öz xüsusiyyətlərinə görə yaşayış üçün nəzərdə tutulan torpaqdan xeyli fərqlənir. Bu fərqlilik isə hər şeydən öncə tikilən ev üçün problem yaradır. Digər tərəfdən belə evlərin daha sonra sənəd problemləri ortalığa çıxır. Bu isə vəziyyəti xeyli çətinləşdirir. Ona görə də belə halların yaranmasının qarşısını vaxtında almaq lazımdır. Burada həm ictimai həm də dövlət orqanlarının nəzarəti mütləqdir və belə bir vəziyyət yarandığı təqdirdə həmin işdə əli olan məmur cəzalandırılmalıdır. Məlum məsələdir ki, vətəndaş torpağı özbaşına əldə etmir.

Ekspert həmçinin vurğulayıb ki, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaqlarda tikilən evlərin sonrakı taleyi ilə bağlı konkret şərtlər olmalıdır:
Düşünürəm ki, artıq tikilmiş evlərin sökülməsi olduqca çətin bir prosesdir. Çünki həmin ərazidə ev tikən insanlar sözügedən evlərin tikintisi üçün müəyyən məbləğdə pul xərcləyir və orda məskunlaşmış olur. Düşünürəm ki, bu zaman ən optimal variant olaraq həmin ailələrə kompensasiya ödənilməlidir”.

TİA.AZ