Sənədlərlə təsdiq olunsa da, vətəndaş əmlakının mövcudluğunu sübut edə bilmirbackend

Sənədlərlə təsdiq olunsa da, vətəndaş əmlakının mövcudluğunu sübut edə bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bernard Şou deyirdi ki: “Təbiət boşluğa dözmür, harda ki, insanlar həqiqəti bilmirlər, boşluqları uydurmalarla doldururlar”. Azərbaycan qanunları mükəmməldir. Lakin qanunun mükəmməlliyi onun icrasının da eyni olacağı anlamını yaratmır. Bu halda Şounun dediyi kimi dövriyyəyə həqqəti özündə əks etdirməyən cavablar, yənin uydurmalar girir. Necə ki, Bakı şəhər sakini Elmir Qaçay oğlu Novruzovda artıq illər sonra bu “həqiqətə” inanmaq məcburiyyətində qalıb. Ölkə mətbuatı bir müddətdir ki, Elmir Novruzovun üzləşdiyi problemlə bağlı məlumatlar dərc edir.
Mətbuatda dərc edilən məlumatdan aydın olur ki, Bakı şəhər sakini Elmir Novruzova məxsus Səbail rayonu, Ə.Yaqubov küçəsi 35 ünvanında yerləşən 925 kv.m-lik qeyri-yaşayış sahəsi ona öncədən məlumat verilmədən sökülüb. Söküntü işləri 2014-cü ilə həyata keçirilsə də mülk sahibi hələ də hüquqi haqqının təmin olunmasını gözləməkdədir. Zərərçəkmişin mətbuata bildirdiyinə görə söküntü işlərini Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin sabiq rəisi Rəşad Məmmədova məxsus olduğu iddia edilən “AZ İmport” MMC həyata keçirib. Xatırladaq ki, Rəşad Məmmədov 2015-ci ildə Prezidentin müvafiq Fərmanı ilə artıq ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həbs edildi. R.Məmmədov CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunurdu. Lakin 2016-cı ilin may ayının 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Məmmədov 1 il 1 ay 8 gün müddətinə azadlıqdan məhrum edildi və məhkəmə zalından azadlığa buraxıldı. Hətta hökmdən narazı qalaraq apellyasiya şikayəti verməklə barəsində bəraət hökmünün çıxarılmasını istədi.
Sənədlərlə təsdiq olunsa da, vətəndaş əmlakının mövcudluğunu sübut edə bilmir
Nə üçün bunu xatırladıq? İzah edək. Əgər bir şəxs özü haqqında baş verənləri haqsızlıq kimi dəyərləndirirsə və sübut etməyə çalışır ki, ona qarşı irəli sürülmüş ittihamlar yanlışdır, deməli mövcud vəziyyət onun üçün xoş deyil. Ədalətsizdir. Elmir Novruzov da Azərbaycan vətəndaşıdır. O halda görəsən Elmir Novruzovun haqqına müdaxilə nədir? Bizbu məsələdə kimisə və ya hansı qurumusa ittiham etmirik. Sadəcə məsələnin aydınlaşmasında, həqiqətin üzə çıxmasında, hüququn bərpasında maraqlıyıq. Haqq qudsaldır və ölkə qanunları ilə qorunur. Ən maraqlı nüans, görəsən haqqa girməklə yol verilən hüquq pozuntusu nə üçün hər tərəfi qane edəcək formada aydınlaşdırılmır?
Zərərçəkmişin mətbuata verdiyi məlumatdan o da, aydın olur ki, ona dəyən ziyanın miqdarı 3 milyon manatdır. Azərbaycan qanunlarına nəzər salanda bu külli miqdarda vəsait hesab olunur. Və daha maraqlı məqam isə Səbail rayon məhkəməsi ziyan vuranı araşdırıb tapa bilmir. Onu da qeyd edək ki, bu kimi hallarla bağlı araşdırma aparmaq səlahiyyəti hüquq-mühafizə orqanına və məhkəmələrə verilib. Vətəndaşın özünə dəymiş ziyanın səbəkarını araşdırması kimi bir səlahiyyəti yoxdur. Yox əgər söylənilənlərin əksi iddia edilirsə o zaman belə çıxır ki, cəzanı da vətəndaş müəyyən etməlidir? Bu absurdun sadəcə pikidir.
Qeyd edək ki, konkret bu hadisə ilə bağlı dəymiş ziyanın miqdarını, zərər vuran şəxsi və ya təşkilatı müəyyən etmək məhkəmələr üçün kifayət qədər asan prosedurdur. Belə ki, məhkəmə vətəndaşa məxsus mülkün nə vaxt, hansı əsasla, kim tərəfindən, nə məqsədilə sökülməsi və s. suallarla aidiyyatı dövlət strukturlarına sorğu göndərə bilər. Həmin qurumlar isə ən uzağı bir ay müddətində məhkəmənin sorğusuna cavab verməyə borcludurlar. Çünki hakimin çıxardığı qərar öz adından deyil, Azərbaycan dövləti adındadır. Həmin qurumlar ölkə daxilndə görülən əksər işləri təyinatından aslı olmayaraq Azərbaycan qanunları çərçivəsində görməyə məcburdurlar. Sözsüz ki, həmin söküntünü həyata keçirmək üçün Maliyyə nazirlyi müvafiq vəsait ayırıb. Nazirliyin aylrdığı vəsaitin vergisi isə Vergilər nazirliyinə ödənilib. Proses hansı qurumun sifarişi ilə icra edilibsə bunu aydınlaşdırmaqda olduqca asandır. Çünki həmin qurum rüblük və illik hesabatlarını hər iki nazirliyə rəsmi olaraq təqdim edib. Görünən odur ki, bu məsələdə Kolumb olmağa lüzum yoxdur.

Mətbuat olaraq məsələyə kompleks və ədalətli yanaşmanın tərəfdarıyıq. 22.01.2021-ci il tarixdə “Azİmport” MMC-nin Mətbuat xidmətinin konkret bu məsələ ilə bağlı mətbuatda açıqlaması yayıldı. Şirkətin açıqlamasında qeyd edilir ki, “Azİmport” MMC sözügedən ünvanda aparılan köçürülmə və söküntü işlərində iştirak etməyib. Yalnız müvafiq qanuni müqavilələr əsasında həmin ərazinin abadlaşdırılması, orada park salınması üzrə layihənin icraçısı olub. Layihə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tətəfindən sifariş edilib və maliyyələşdirilib. “Abadlıq işlərinin aparılacağı, park salınacağı ərazilərin seçilməsi, oradakı yaşayış və qeyri-yaşayış sahələrinin ləğv edilməsi, onların sahiblərinə kompensasiyanın verilməsi hər hansı özəl şirkətin səlahiyyətinə aid məsələ deyil”. Şirkət rəsmisi məsələyə tam aydınlıq gətirib. Lakin bu aşıqlamanın özündə də maraqlı nüans var. Düzdür bu nüansın da şirkətə aidiyyatı yoxdur.
Belə ki, şirkətin açıqlamasında qeyd olunur ki, “Azİmport” MMC bir daha mövcud vəziyyətə aydınlıq gətirərək bəyan edir: “Vətəndaş Novruzov Elmir Qaçay oğlunun “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi ilə cavabdeh qismində Bakı şəhər İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinə və “Az İmport” MMC-yə qarşı qaldırdığı iddiaya 5 noyabr 2020-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılıb və əssassız sayılaraq rədd edilib. Məhkəmə qətnaməsində göstərildiyi kimi, iş üzrə isə iddiaçı tərəf cavabdehlərin hərəkətləri nəticəsində ona məxsus obyektin sökülməsi nəticəsində ona ziyan vurulmasını iddia etsə də, bu hərəkətlərin həqiqətən də olması, qeyri-yaşayış sahəsinin məhz cavabdehlər (və ya onların göstərişi ilə) sökülməsi faktının təsdiq edilməsi ilə bağlı məhkəməyə heç bir mötəbər sübut növü təqdim etməyib.
Sənədlərlə təsdiq olunsa da, vətəndaş əmlakının mövcudluğunu sübut edə bilmir
Onu da vurğulamaq istərdik ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin nümayəndəsi məhkəməyə verdiyi izahatda “Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsi, 35” ünvanında və onun ətrafında həyətyanı ərazilərdə abadlaşdırma işləri ilə əlaqədar idarə tərəfindən daşınmaz əmlakın söküntü işləri aparılmadığını, həmin ünvanda həyətyanı ərazilərin abadlaşdırma işlərinin aparıldığı sahənin idarəyə boş torpaq sahəsi kimi ayrıldığını və orada heç bir daşınmaz əmlakın mövcud olmadığını bildirib.”
Maraqlıdır, belə olan təqdirdə görəsən 925 kv.m-lik qeyri-yaşayış sahəsi öz-özünə necə yox ola bilib? Və ya əgər məhkəmənin qərarını əsas gətirən şirkət rəsmisinin qeyd etdiyi kimi ərazidə hər hansı daşınmaz əmlak mövcud olmayıbsa o halda bir şəxsin rəsmən 10 il öhdəsində olan, Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən 01.12.2004-cü il tarixli, “Mülkiyyət hüququ haqqında şəhadətnamə”si ilə təsdiq eilmiş və 6 saylı reyestr kitabının 41-ci səhifəsində müvafiq qeydiyyat aparılmış mülkü kim sənədləşdirib? Olmayan əmlaka hüquqi sənəd vermək cinayət əməlidir. O halda Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti məsələyə rəsmi münasibət bildirməlidir. Çünki məhkəmə qərarında məhz bu qurumun əməli şübhə altına alınır.
Oxucuların nəzərinə onu çatdıraq ki, şəxsi əmlakın özbaşına sökülməsi və əvəzinin ödənilməməsi sadəcə həmin vətəndaşın haqqının kobud şəkildə pozulmasından başqa bir şey deyil. Bundan başqa dövlət ehtiyacının mahiyyətini və sərhədlərini isə Mülki Məcəllənin 157.9-cu maddəsi müəyyən edir. Park – bağ kompleksinin, istirahət zonasının yaradılması dövlət ehtiyacları kateqoriyasına aid edilmir. Zərəçəkən və iş icraçısı olan qurum qeyd edirlər ki, Novruzova məxsus əmlakın yerində park salınıb. Düzdür ikinci həmin sahəni boş torpaq sahəsi olaraq qeyd edir, lakin zərərçəkmişin əlindəki sənəd iddianın əksinin göstərir. Baş verən hadisə dövlət ehtiyacları tələbindən həyata keçirilibsə belə əmlak dövlət tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Bu qanunun tələbidir.

Conflict.az