Senata Navalnı ilə bağlı sanksiyalar haqqında qanun layihəsi təqdim ediləcəkbackend

Senata Navalnı ilə bağlı sanksiyalar haqqında qanun layihəsi təqdim ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da respublikaçı senator Mitt Romni Rusiyada Aleksey Navalnının həbsinə məsul olan şəxslərə qarşı sanksiya tətbiq edilməsinə dair qanun layihəsi təqdim edəcək.

TİA.AZ-ın məlumatına görə, bu barədə senator özünün tvitter səhifəsində yazıb.

Onun sözlərinə görə, qanun layihəsi bu həftə Senata daxil olacaq.

Qeyd edək ki, Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində qəbul edilən şərti cəzanı azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirib və onu 3,5 il müddətinə azadlıqdan məhrum edib.