Şəmkirdə dələduzluq – Bu qadın görün insanları necə aldatdı VİDEObackend

Şəmkirdə dələduzluq – Bu qadın görün insanları necə aldatdı VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəmkirdə insanlara qarşı dələduzluq etməkdə şübhəli bilinən qadın saxlanıb. Bildirilir ki, o, müxtəlif vaxtlarda müxtəlif vədlərlə insanlardan 56 min 940 manat pul mənimsəyib.

Öncə işlərini düzəldəcəyinə söz verdi. Daha sonra pullarını alıb, işlərini yarımcıq qoydu.

Şəmkir rayon polis Şöbəsinə daxil olmuş çox saylı müraciətlər əsasında vətəndaşlara sosial mənzil, pensiya, işə qəbul və sosial yardım düzəltmək adı ilə dələduzluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Polis idarəsindən verilən məlumata görə, Şəmkir rayon sakini Yeganə Yusifovanın qeyd edilən faktlardan başqa bir neçə vətəndaşa məxsus qızıl-zinət əşyalarını da almaq adı ələ keçirməsi və pulunun ödənilməməsi də məlum olub. Bundan başqa saxlanılan şəxs 2 vətəndaşın fala baxmaq və cadu etmək adı altında ayrı-ayrılıqda 6000 və 600 manat pulunu ələ keçirib. Ümumilikdə 21 nəfərdən 56 940 manat pulu dələduzluq yolu ilə mənimsəyən Yeganə Yusifova barəsində axtarış elan edilərək saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa “102” Zəng Mərkəzinə, Şəmkir Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.