SƏMAYƏ MƏMMƏDOVA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏN AYRILIBMI?backend

SƏMAYƏ MƏMMƏDOVA GƏNCLƏR VƏ İDMAN NAZİRLİYİNDƏN AYRILIBMI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Etibarlı mənbənin TİA.az-a verdiyi məlumata görə GİN sözçüsü Səmayə Məmmədova öz istəyi ilə tutduğu vəzifəsindən ayrılması ilə bağlı artıq ərizə də yazıb.Qeyd edək ki,bir neçə gün bundan öncə Səmayə Məmmədova özünün Facebook səhifəsində rəsmi iş məzuniyyətində olması haqda elan vermişdi. Lakin, etibarlı mənbə onun elə öncədən ərizə yazdığını və məzuniyyət müddəti bitdikdən sonra artıq işə qayıtmayacağını söyləyib. O da bildirilib ki, xanım Məmmədova hətta birgə çalışdığı kollektivlə də sağollaşıb.
Məlumatı dəqiqləşdirmək üçün Səmayə Məmmədova ilə əlaqə cəhdlərimiz alınmadı. Məlum oldu ki, Səmayə Məmmədova ölkə xaricindədir.
Xatırladaq ki, Səmayə Məmmədova 14 il GİN mətbuat xidmətinin rəhbəri kimi çalışır.