Səmayə Məmmədova BNA-dan ayrıldıbackend

Səmayə Məmmədova BNA-dan ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr və Maarifləndirmə şöbəsinin müdiri Səmayə Məmmədova BNA-dan ayrılıb.

AZXEBER.COM məsələ ilə bağlı Səmayə Məmmədova ilə əlaqə saxlayıb.

O faktı təsdiq edib: “Bəli, BNA-dan ayrılmaq qərarı verdim. Artıq ərizəmi rəhbərliyə də təqdim etmişəm. Dekabrın 30-u qurumda son iş günümdür”.

Səmayə Məmmədova bundan sonra harada çalışacağı ilə bağlı suala isə belə cavab verib:

“Hələ qərar verməmişəm. BNA-da işlədiyim dönəmlərdə də bir sıra qurumlardan PR mütəxəssisi olaraq dəvətlər almaqda idim. Dəqiq heç nə deyə bilməyəcəm. Bəlkə də, öz şəxsi işimi qurub bu istiqamətdə çalışacam. Bu gün mənim üçün ən önəmli olan PR sahəsində 22 illik təcrübəm əsasında yazdığım “Peşəkarlığın rəsmi” kitabının təqdimat mərasimidir. Sonrasını zaman göstərəcək”.