“Semaşko”ya direktor gələn Könül Ələkbərov kimdir – Maraqlı dosyebackend

“Semaşko”ya direktor gələn Könül Ələkbərov kimdir – Maraqlı dosye

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının el arasında “Semaşko” kimi tanınan 1 saylı Tibbi Klinik Mərkəzinə yeni direktor təyin olunan Könül Ələkbərov maraqlı məlumatlar yayılmaqdadır.
TİA.Az-ın verdiyi xəbərə görə, buna qədər Mingəçevir Şəhər Mərkəzi xəstəxanasında direktor olan K.Ələkbərovdan xirtdəyə qədər narazılıq var imiş.
Bu barədə əvvəlcə jurnalist Aynur Elgünəş mövqeyini bildirib. Onun sözlərinə görə, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərovdan gələn şikayətləri oxumaqdan gözümün nuru gedib, TƏBİB rəhbəri Ramin Bayramlı isə onu “Semaşko”-ya direktor qoyur: “Ramin Bayramlının özünü yola salmalıdırlar. Vətəndaşlar kimdən narazıdırsa, ona vəzifə verir”.
Jurnalist əlavə edib ki, K.Ələkbərov çox kobud, vətəndaşları saymayan birisidir. Onun statusuna şərh yazan bəziləri də Mingəçevirdə direktor olduğu dövrdə fəaliyyətindən narazılığı dilə gətiriblər.
Bunu üzərindən internet resurslarına ekskursiya edəndə də məlum olur ki, mətbuatda “Semaşko”nun yeni direktorundan kifayət qədər şikayətlər işıqlandırılıb.
Məsələn, bu ilin martında Qarabağ qaziləri K.Ələkbərovdan ciddi narazılıq ediblər. Onlar müayinə, müalicə və dərmanlarla təmin olunmaq üçün ona müraciət etsələr də, nəticəsi olmayıb.
Başqa bir video kadrlarda isə “Könül Ələkbərov virus yayır” başlığı ilə süjet təqdim olunub, pandemiya dövründə Mingəçevir xəstəxanasındakı antisanitariya gözlər önünə sərilib.
Digər bir şikayətdə Gəncə şəhər Kardioloji Xəstəxananın Laboratoriya şöbəsinin müdiri Məhəbbət İsmayılova işlədiyi xəstəxanada iki nəfər tərəfindən təzyiqlə üzləşdiyini bildirib.

M.İsmayılova iddia edir ki, icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar özünü İcbari Tibbi Sığorta bürosunun səlahiyyətli nümayəndəsi kimi göstərən Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov və həmin xəstəxananın tibb bacısı Vəfa Əsədova Gəncə şəhər Kardioloji Xəstəxanasına gələrək ondan işlədiyi kabineti dərhal tərk edərək tibb işçisinin fəaliyyəti və xəstələrin qəbulu üçün yararsız olan yerə köçməyi tələb edib:
“Həmin yer ötən əsrin 90-cı illərində ayaqyolu kimi istifadə edilib. Orada antisanitar vəziyyət hökm sürür. Kanalizasiya suları axır. Mən Könül Ələkbərova bu hərəkətlərinin qeyri-qanuni olduğunu və ondan mənimlə təhqir və təhdid tonunda danışmamağını tələb etdikdə o mənə qarşı təzyiq göstərərək barəmdə hüquq-mühafizə orqanları tərəfindən tədbir gördürəcəyini bildirdi”.

Göründüyü kimi, şikayətlər saysız-hesabsızdır. Sizə təqdim etdiyimiz mətbuatda yayılanların bir qismi idi və belə reputasiyaya malik, Mingəçevirdə heç də fəaliyyəti razılıq yaratmayan direktorun “Semaşko”ya rəhbər gətirilməsi çox maraqlıdır. Hər halda mingəçevirlilər sevinirlər…

TİA.AZ