“Semaşko”nun direktoru işdən çıxarıldı – Rəhbərlik dəyişdirilirbackend

“Semaşko”nun direktoru işdən çıxarıldı – Rəhbərlik dəyişdirilir

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlının əmri ilə 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) direktoru Dadaşov Ədalət İmamcan oğlu öz xahişi ilə tutduğu vəzifədən azad edilib.
Bu barədə  TƏBİİB-dən məlumat verilib.
TƏBİB-in İdarə Heyəti sədrinin digər müvafiq əmri ilə Tibb üzrə fəlsəfə doktoru Qafarov İlham Heydər oğlu Xəstəxananın direktoru, Məsimov Hüseyn Məcid oğlu isə direktorun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyin edilib.
TİA.AZ 
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki