“Semaşko” işıqsız qalıb – VİDEObackend

“Semaşko” işıqsız qalıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 1 saylı Kliniki Tibbi Mərkəzin (“Semaşko”) işıqsız qalması həkimlərin işində çətinlik yaradıb.

“Report” xəbər verir ki, xəstəxanaya müraciət edən xəstələrdən yüngül xəsarət alanları 3 saylı Kliniki Tibbi Mərkəzə və Travmatoji Mərkəzə yönləndirilib.

Həkimlər məcbur olub əl fanarlarının köməyi ilə ilkin tibbi yardım göstəriblər.

Elektrik cərayanı ilə qidalanan aparatlardan istifadə etmək mümkün olmayıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov isə “Report”a açıqlamasında deyib ki, ötən gecə tibb müəssisələrinin elektrik təminatında hər hansı problem yaşanmayıb: “Həmin vaxtda süni nəfəs aparatında olan, reanimasiyada müalicə alan xəstələr lazımi tibbi müalicə alıblar, əməliyyatxanalarda olan əməliyyatlar icra edilib. Sadəcə olaraq, generatorların yuklənməsinin qarşısını almaq məqsədi ilə lampa işıqlarına, texniki bloklarında enerjiyə qənaət baxımından fasiləli istifadə oluna bilər”.

Qeyd edək ki, ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb Mingəçevirdəki “Azərbaycan” İES-də qəzanın baş verməsi olub.