Tribuna İnformasiya Agentliyi

Selena Qomezdən etiraf – İnstaqram nəslimi məhv etdi

15 İyun

İnstaqram-da ən çox izləyiciləri olanlar arasında üçüncü yerdə olan Selena Qomez yeni açıqlama verib.

TİA.AZ  ölkə.az-a istinadən bildirir ki, müğənni tam sağalmaq üçün tətbiqi sildiyini bildirib. “Mənim nəslimi, əslində, sosial şəbəkələr məhv etdi”, – Qomez bildirib.

Tez-tez sosial mətbuatın ziyanlı olduğunu deyən Selena sağlamlığına mənfi təsir etdiyi üçün İnstaqram-ı sildiyini bildirib. 152 milyon izləyicisi olan müğənni İnstaqram-ın onu depressiyaya saldığını etiraf edib. Onun səhifəsini artıq komanda üzvləri idarə edir.