Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulubbackend

Şəkidə yeni ailə quran gənc oğlan sel sularında boğulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəkinin Kiş kəndində boğulma hadisəsi qeydə alınıb.

Hadisə dünən axşam saatlarında Qurucana çayında baş verib. Çaya gələn güclü sel kənd sakini, 1996-cı il təvəllüdlü Şamil Azər oğlu Əhmədovu aparıb. 25 yaşlı Ş.Əhmədovun meyiti çaydan çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Ş.Əhmədov yeni ailə qurmuşdu.

Xatırladaq ki, Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.