Şəkidə 15 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldıbackend

Şəkidə 15 yaşlı qızı ərə verən valideynlər polisə çağırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şəkidə 15 yaşlı qız ərə verilib. Bu haqda görüntülər sosial şəbəkələrdə yayılıb.
Hadisə Şəkinin Dəhnə kəndində baş verib. 15 yaşlı Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi haqda məlumatlar var.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində dərhal araşdırmalara başlanılıb.
Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb.
Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.