Sehrli gün gəlir: BU TARİXDƏ arzu tutun, yazın və…backend

Sehrli gün gəlir: BU TARİXDƏ arzu tutun, yazın və…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ezoterik mütəxəssislər hesab edirlər ki, 07.07.2022 tarixi unikal sehrli gündür, çünki “yeddi”nin enerjisi həddən çox gizli mənalar daşıyır.TİA.AZ xəbər verir ki, ezoterik mütəxəssislər “7”-nin numerologiyada müdrikliyin, fəlsəfənin və düşünmə qabiliyyətinin təcəssümü olan enerji baxımından güclü bir rəqəm olduğunu bildirirlər. Göy qurşağının rəngləri, dünyanın möcüzələri və həftənin günləri də yeddidir.Ezoteriklərin fikrinə görə, həmin günün ən mühüm hərəkəti gecə yarısı arzu ritualıdır. Bunun üçün otaqda tək oturun, qələm və kağız götürün və bir arzunuzu aydın şəkildə ifadə edin. Onu kağıza yazın, qatlayın və gizli yerə qoyun. Yazarkən arzunuzu təsəvvür edin – beləliklə, daha tez gerçəkləşəcək, çünki mistik inanclarla əlaqələndirilən 7 iyul kainatla danışmaq üçün ən uğurlu gündür. (Axar.az)