Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaqbackend

Şəhriyar Məmmədyarov bu gün Maqnus Karlsenlə qarşılaşacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki “Norway Chess” turnirinin əsas mərhələsində növbəti görüşlərini keçirəcəklər.

TİA.AZ-ın məlumatına görə, Məmmədyarov yarışın 6-cı günündə norveçli dünya çempionu Maqnus Karlsenlə qara fiqurlarla oynayacaq.

37 yaşlı qrossmeyster 8,5 xalla 4-cü pillədə qərarlaşıb.

Rəcəbov isə bolqarıstanlı Veselin Topalovla ağ fiqurlarla mübarizə aparacaq. 3 xala malik olan 35 yaşlı iti zəka sahibi 9-cu sıradadır.

Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir.