Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdibackend

Şəhriyar Məmmədyarov beynəlxalq yarışa getməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-An-Zee şəhərində keçiriləcək şahmat üzrə “Tata Steel Chess Tournament”də iştirak etməyəcək.
TİA.AZ saytının məlumatına görə, qrossmeyster 83-cü dəfə təşkil olunacaq yarışa qatılmamağa qərar verib.
Məmmədyarov bu barədə təşkilatçıları məlumatlandırıb. Bu səbəbdən də yanvarın 15-31-də baş tutacaq yarışda ona əvəzləyici tapılıb.
Turnirdə Şəhriyarı hindistanlı Pentala Harikrişna əvəzləyəcək. O, sonuncu dəfə 2017-ci ildə bu turnirdə çıxış edib.
Qeyd edək ki, turnirdə 14 şahmatçı qüvvəsini sınayacaq.