Səhnə Tv Şuşaya uşaqların gözü ilə baxıbbackend

Səhnə Tv Şuşaya uşaqların gözü ilə baxıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, mədəniyyət kanallarından biri olan “Səhnə tv” maraqlı layihəyə imza atıb. Belə ki, kanal bu səfər Şuşaya uşaqların gözü ilə baxıb.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərancamı ilə 2022-ci ili “Şuşa İli” elan edilməsi bir daha sübut edir ki, Qarabağın tacı olan Şuşa ölkə vətəndaşları üçün müqəddəs məkan, böyüməkdə olan gənc nəslin mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşa arzuları bu şəhərdə gerçəkləşəcək uşaqların xəyallarda qurduqları nağıllar aləmidir. Onlar bu şəhərdə yaşayacaq, onu qoruyacaq, qurub yaradacaqlar. Şuşa uşaqları gözləyir!