Səhiyyə Nazirliyi, TƏBİB və Dövlət Agentliyi əhaliyə çağırış etdibackend

Səhiyyə Nazirliyi, TƏBİB və Dövlət Agentliyi əhaliyə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Dünyada və ölkəmizdə aparılan tədqiqatlardan əldə olunmuş nəticələrin təhlili bir daha göstərmişdir ki, virusun yeni və sürətlə yayılan təhlükəli variantlarından qorunmağın ən effektiv yolu vaksinasiyadır. Bu gün ölkəmizdəki sabit epidemioloji vəziyyəti aparılan vaksinasiyaya borcluyuq. Bir daha bütün vətəndaşlarımızı vaxt itirmədən vaksinasiya olunmağa çağırırıq”.

TİA.AZ xəbər verir ki, bu fikirlər Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin yaydığı birgə məlumadta bildirilib.

“Unutmamalıyıq ki, vaksinasiya ilə yanaşı, fiziki məsafənin saxlanılması, maskalardan istifadə və əl təmizliyi kimi qaydalar, virusun variantından asılı olmayaraq, xəstəlikdən qorunmağın, dünyada və ölkəmizdə normal həyata qayıtmağın yeganə yoludur. Pandemiyanın sonunu görmək və gələcəyə sağlam addımlamaq üçün mütləq peyvənd olunaq!”, məlumatda qeyd olunub.

Qeyd edək ki, Azərbaycanda koronavirusun “Delta” ştammı aşkarlanıb.