Şəhid xanımı yoldaşının Anım mərasiminə gedərkən qəzada öldü -FOTO,VİDEObackend

Şəhid xanımı yoldaşının Anım mərasiminə gedərkən qəzada öldü –FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Şəhid mayor Rəhim Hüseynovun ildönümündə iştirak etmək üçün Bakıdan Zərdab rayonuna gedən həyat yoldaşı Günel Hüseynova yol qəzası nəticəsində dünyasını dəyişib.

TİA.AZ-ın məlumatına görə,  hadisə Kürdəmir-Zərdab yolunun rayonun Şüşün kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Ford” markalı minik avtomobilin sürücüsü yolda hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb.

Hadisə zamanı avtomobildə olan 35 yaşlı Ələsgərova Günel İnqilab qızı və 38 yaşlı Tağıyev Emin Ağamir oğlu hadisə yerindəcə dünyasını dəyişib, bir nəfərin isə xəsarət aldığı, Zərdab rayonuna aparıldığı bildirilir. Avtomobildə olan digər sərnişin də qəzada ölüb.