Şəhid Xudayarın anası: – “Kim istəsə, gələ bilər…”backend

Şəhid Xudayarın anası: – “Kim istəsə, gələ bilər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Sabah şəhid Xudayar Yusifzadəyə il mərasimi keçiriləcək”.

Bunu  şəhidin anası Radə Qurbanova deyib. O bildirib ki, ürəyindən keçən hər bir şəxs oğlunun il mərasimində iştirak edə bilər:

“Xudayar oktyabrın 21-də dünyasını dəyişib. İl mərasimi isə oktyabrın 23-də keçiriləcək. Hazırda il mərasiminə hazırlaşırıq. Mərasim evimizdə keçiriləcək. Kim istəsə gələ bilər. Xudayarın adını tutub gələnlərin hər birinə qapım açıqdır”.

Qeyd edək ki, Azərbaycan Ordusunun Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının kiçik giziri Xudayar Yusifzadə oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub.