Şəhid Xudayara yeni mahnı həsr olunub- Videobackend

Şəhid Xudayara yeni mahnı həsr olunub- Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Vətən yaxşıdır” ifası ilə könüllərə taxt quran şəhid Xudayar Yusifzadəyə yeni mahnı həsr olunub.
İfaçı Oksana Aslanovanın səsləndirdiyi “Xudayar” mahnısının sözləri Cavid Qurbanova, musiqisi Elçin Atayevə məxsusdur.

Mahnıda Xudayar Yusifzadənin qəhrəmanlığı qorxmazlıı və şücaətindən bəhs edilir.

Qeyd edək ki, Xudayar Yusifzadə 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Atası – Bərdənin tanınan qarmon ustası Müslüm Yusifoğlu, anası – Rada Yusifzadə isə evdar xanım idi. Ailədə dörd uşaq olublar – üç qardaş və bir bacı. Xudayar Yusifzadənin doğumundan 24 gün sonra atası vəfat edib.
O, 2004-2015-ci illərdə Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində təhsil alıb. Subay idi.
Xudayar Yusifzadə 2016-2018-ci illərdə Dövlət Təhlühəsizliyi Xidmətinin “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə o, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq xidmət elədi və “gizir” hərbi rütbəsi alıb.