Şəhid Xəyal Süleymanovun nəşi ailəsinə təhvil verilib-FOTObackend

Şəhid Xəyal Süleymanovun nəşi ailəsinə təhvil verilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan Xəyal Elxan oğlu Süleymanovun nəşi ailəsinə təhvil verilib.

TİA.AZ-ın məlumatına görə, Şəmkir rayon Şeyidlər kənd sakini, 1996-cı il təvəllüdlü X.Süleymanovun nəşi doğulduğu kəndə aparılıb.

Qeyd edək ki, X.Süleymanov müddətdən artıq həqiqi hərbi xidmətdə olub.

Sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.