ŞƏHİD VERDİK, QARABAĞDA TERRORÇULARIN MƏHVİNƏ BAŞLANMASI AN MƏSƏLƏSİ – HƏRBİ ANALİTİKDƏN RƏYbackend

ŞƏHİD VERDİK, QARABAĞDA TERRORÇULARIN MƏHVİNƏ BAŞLANMASI AN MƏSƏLƏSİ – HƏRBİ ANALİTİKDƏN RƏY

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bizə antiterror əməliyyatı başlamaq üçün hansısa səbəb lazım deyil”. Bunu TİA.Az-a hərbi ekspert Azad İsazadə deyib. Onun sözlərinə görə, Azərbaycan istənilən vaxt antiterror əməliyyatı keçirə bilər: “Bu gün Azərbaycan ərazisində, Qarabağ zonasında sülhməramlıların nəzarəti altında olan ərazidə qeyri -rəsmi silahlı qüvvələr var. Onların istər Ermənistandan, istərsə də yerli əhalidən olmasının bizim üçün bir fərqi yoxdur.

Onlar ordan çıxarılmalıdır. Əgər çıxarılmasa, Azərbaycan istənilən vaxt antiterror əməliyyatı keçirə bilər. Bizə antiterror əməliyyatı başlamaq üçün hansısa səbəb lazım deyil. Amma belə təxribatlar davam eləsə, sözsüz ki, Azərbaycan daha tez antiterror əməliyyatına başlaya bilər. Bu gün reallıq elədir ki, Azərbaycan Silahlı Qüvvələri istənilən an antiterror əməliyyatı keçirməyə hazırdır. Hücuma keçməyə və bütün torpaqları tam nəzarət altına götürməyə hazırdır. Sadəcə hələlik Azərbaycan rəhbərliyi üstünlüyü diplomatiyaya verir ki, qan az tökülsün, şəhid verməyək. Amma təxribatlar nəticəsində şəhidlər olsa, istisna etmirəm ki, antiterror əməliyyatı daha tez başlaya bilər”.
Qeyd edək ki, bu gün Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub.
Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Aytac

TİA.Az