Şəhid Təbriz Rəhimov Yevlaxda dəfn edilib – FOTOLARbackend

Şəhid Təbriz Rəhimov Yevlaxda dəfn edilib – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabr ayının 13-də erməni silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş Dövlət Sərhəd Xidmətində müddətdən artıq xidmət keçən hərbi qulluqçu, baş çavuş, 1990-cı il təvəllüdlü Rəhimov Təbriz Rəhim oğlu dəfn olunub. Ş299əhidimiz doğulduğu Yevlaxın Gülövşə kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində Yevlax Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.