Şəhid Səbuhinin qardaşı ilə ürəkdağlayan yazışması: “Sentyabrda gəl” – FOTObackend

Şəhid Səbuhinin qardaşı ilə ürəkdağlayan yazışması: “Sentyabrda gəl” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilərin son təxribatı zamanı şəhid olan Səbuhi Əhmədovun qardaşı ilə yazışması yayılıb.

TİA.AZ bildirir ki, fotoda 2 qardaşın iyulun 18-də yazışmaları əks olunub.
Belə ki, Səbuhi mesajında hər şeyin yaxşı olacağını, evinin, ailənin önəmli olduğunu vurğulayaraq, sentyabrda, yoxsa dekabrda məzuniyyətə gəlim?, – deyə sual verir.
Qardaşı isə “sentyabrda deyərəm gələrsən”, deyə cavab verir.
Xatırladaq ki, Səbuhi Əhmədov sentyabrın 13-də Ermənistan ordusunun sərhəddə törətdiyi təxribat nəticəsində şəhid olub. Valideyn himayəsindən məhrum olmuş Səbuhi SOS uşaq evində böyüyüb.
O, İkinci Fəxri Xiyabanda dəfn olunub.