Şəhid polkovnik-leytenantın 4-cü övladı dünyaya gəldibackend

Şəhid polkovnik-leytenantın 4-cü övladı dünyaya gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Vətən müharibəsində şəhid olan polkovnik-leytenant Qərib Baxşəliyevin 4-cü övladı dünyaya gəlib.
TİA.AZ xəbər verir ki, şəhidin yeni doğulan qızı bu gün xəstəxanadan evə yola salınacaq.
Şəhid Qərib Bəxşəliyevin yeni doğulan övladı Cənnətin zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Fonddan bildirilib ki, bu məqsədlə körpənin anasına 1000 manat təqdim olunub və dünyaya yeni göz açan körpənin adına 5000 AZN-lik hesab açılacaq.
Həmin hesaba vəsait fonda edilən ianələr hesabına toplanan məbləğdən köçürülür. Həmin məbləğin üzərinə mütəmadi olaraq faiz toplanılacaq və həmin şəhid övladı 18 yaşına çatdıqdan sonra toplanan məbləği özü hesabından çıxara biləcək.
Bankla ana arasında bağlanmış müqaviləyə əsasən bəzi zəruri hallarda ana həmin vəsaiti daha tez çıxara biləcək. Həmçinin ana həmin məbləği istənilən valyutaya da dəyişə bilər. Müdafiə Nazirliyi tərəfindən isə anaya pul vəsaiti və körpənin ilkin zəruri ehtiyaclarını qarşılayacaq hədiyyə dəsti təqdim edilib. Müdafiə Nazirliyinin nümayəndələri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Cəmşid Naxçıvanski adına Hərbi Liseyin müəllim, zabit heyəti şəhid zabitimizin ailəsinin bu xoş günündə iştirak edib.
Xatırladaq ki, mərhumun iki oğlu, bir qızı vardı.
Qeyd edək ki, bu gün şəhid polkovnik-leytenant Qərib Baxşəliyevin doğum günüdür. O, 1977-ci il mayın 22-də Bakı şəhərində anadan olub. 1984-1994-cü illərdə Nərimanov rayonunda 84 nömrəli tam orta məktəbdə təhsil alıb. 1995-1999-cu illərdə isə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində (BABKM) ali hərbi təhsil alıb. 2020-ci noyabrın 3-də Zəngilan istiqamətində xidməti avtomobilində düşmənə əsir düşməmək üçün silahı ilə özünə başından açdığı atəş nəticəsində şəhid olub.
Şəhidin nəşini yalnız 32 gündən sonra döyüş meydanından götürmək mümkün olub.
Q.Baxşəliyev II Şəhidlər xiyabanında dəfn olunub.