Şəhid polkovnik Babək Səmidli dəfn olunub –  FOTObackend

Şəhid polkovnik Babək Səmidli dəfn olunub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polkovnik Babək Səmidli dəfn olunub.

TİA.AZ-ın məlumatına görə, B. Səmidli doğulduğu Göyçay şəhərinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Mərasimdə çıxış edənlər – Müdafiə Nazirliyinin nümayəndələri, döyüş yoldaşları B. Səmidlinin şücaətindən, qəhrəmanlığından, döyüş yolundan danışıblar.

Sonda korpus komandiri, general-mayor Hikmət Həsənov B. Səmidlinin tabutu bükülmüş bayrağı onun oğlanlarına verib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

***

11.00

Göyçayda Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir.

TİA.AZ-ın məlumatına görə, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.