Şəhid olan çavuş tovuzludur, 3 övladı var-FOTObackend

Şəhid olan çavuş tovuzludur, 2 övladı var-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun şəhid olmuş kiçik çavuşu, 1982-ci il təvəllüdlü Elşən Əli Oğlu Məmmədov Tovuz rayon Qazıqulu kənd sakinidir.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, o, ailəlidir və 3 övladı var.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlu şəhid olub.

Allah rəhmət eləsin!