Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib – FOTObackend

Şəhid Nihat Verdiyev Gəncədə dəfn edilib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan Daşkəsən rayonunun Qaraqullar kəndində anadan olan 2003-cü il təvəllüdlü Nihat Verdiyev Gəncədə dəfn edilib.

Şəhidin nəşi əvvəlcə Gəncədə Aşıq Ələsgər küçəsində yaşadığı evə gətirilib, daha sonra şəhərin Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri və hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Cənazə namazı qılınıb, şəhidin ruhuna dualar oxunub, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı səsləndirib.

Dəfndən sonra şəhidin tabutunun büküldüyü üç rəngli bayraq atasına verilib, Azərbaycan himni səslənib, yaylım atəşi atılıb.

Xatırladaq ki, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun şəxsi heyət arasında itkilər var, hərbi infrastruktura ziyan dəyib. Təxribata cavab nəticəsində ilkin məlumata görə, Ermənistan tərəfi 350-400 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.