Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” – VİDEObackend

Şəhid leytenantın döyüş yoldaşlarına vəsiyyəti: “Zeynəbimi həmişə axtararsınız” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsində son nəfəsinədək döyüşən və Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilən qəhrəman zabitlərimizdən biri də 25 yaşlı leytenant Zaur Hüseynovdur.

Vətən Müharibəsi zamanı Füzuli rayonunun Alxanlı kəndi istiqamətində düşmənin yeddi postunun alınmasında fəal şəkildə iştirak edən leytenant hələ iyul ayında Tovuz döyüşlərinin də iştirakçısı olub.

Ailə üzvlərinin sözlərinə görə, o, heç vaxt döyüşdə olduğunu evdəkilərə bildirməyib ki, narahat olmasınlar.

Şəhidin anası oğlu Zaurla qürur duyduğunu, onun əsgərləri üçün komandir yox, böyük qardaş olduğunu, ailəsi üçün də mərd, cəsur oğul olduğunu fərəhlə dilə gətirir. Şəhid zabitimizin qısa ailə həyatından yadigar qalan bir yaşlı qızı Zeynəb ailənin təsəlli yeridir.

Şəhid leytenant Zaur Hüseynov ötən il Qurban bayramına gələndə Yardımlı rayonunda şəhid hərbçi yoldaşının ailəsinə baş çəkib. Şəhidin altı aylıq körpəsinin atasız qalması ona çox pis təsir edib. Lakin bilmirdi ki, bir müddət sonra eyni taleyi onun da övladı yaşamalı olacaq.
Bu səbəbdən döyüş yoldaşlarına son sözü “Zeynəbimi həmişə axtararsınız” olub.