Şəhid jurnalistin övladları məktəbə getdilər – FOTObackend

Şəhid jurnalistin övladları məktəbə getdilər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bu gün Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşən jurnalist Məhərrəm İbrahimovun övladlarının da ilk dərs günüdür.
TİA.AZ oxu.az-a istinadən xəbər verir ki, Məhərrəmin böyük oğlu Uğur ikinci sinfə, kiçik oğlu Toğrul isə məktəbəqədər hazırlığa gedir.
Qeyd edək ki, bu ilin iyunun 4-də işğaldan azad olunmuş ərazilərin çəkilişə yollanan zaman Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə AzTV-nin operatoru Sirac Abışov, AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə icra nümayəndəsinin müavini Arif Əliyev həlak olub, dörd nəfər yaralanıb.
Prezident İlham Əliyev iyunun 14-də imzaladığı sərəncama əsəsən, işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.