Şəhid İlkin Zöhrabovun il mərasimi keçirildi – VİDEObackend

Şəhid İlkin Zöhrabovun il mərasimi keçirildi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən Vətən müharibəsi iştirakçısı İlkin Zöhrabovun il mərasimi keçirilib.

Asiya TV xəbər verir ki, Masallı rayonu Ərkivan qəsəbəsində keçirilən il mərasimində rayon İcra Hakimiyyətinin birinci müavini Məmmədhüsey Hüseynov, idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimayəti və media nümayəndələri iştirak ediblər.
Mərasimdə ruhanilər “Qurani-Kərim”dən ayələr oxuyub, ölkəmizə, millətimizə dualar ediblər.

Şəhidin valideynləri onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədova dərin minnətdarlığını bildiriblər.

Sonda mərasim iştirakçıları qəsəbə qəbiristanında şəhid İlkin Zöhrabovun məzarını ziyarət edib, üzərinə qərənfillər düzüblər.

Qeyd edək ki, İlkin Zöhrabov ötən il hərbi xidmət keçdiyi Kəlbəcər rayonunda naməlum şəraitdə açılan güllə yarasından vəfat edib.
Onunla eyni hərbi hissədə qulluq edən gizirlərdən biri şübhəli şəxs qismində həds edilərək, barəsində cinayət işi açılıb.

Bu günə kimi İlkin Zöhrabova şəhidlik statusu verilməsə də o rayon ictimayəti tərəfində şəhid kimi qəbul edilərək doğulduğu Ərkivan qəsəbə qəbiristanlığında Vətən Müharibəsi şəhidlərinin dəfn edildiyi yerdə torpağa tapşırılıb.