Şəhid Dmitri Solnsevin II Fəxri xiyabanda dəfn olunubbackend

Şəhid Dmitri Solnsevin II Fəxri xiyabanda dəfn olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevin nəşi II Fəxri xiyabana gətirilib.

TİA.AZ xəbər verir ki, onun nəşi torpağa tapşırılıb.

12:09

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevin nəşi Bakıdakı Rus-Pravoslav Kilsəsinə gətilirib.

Tia.az xəbər verir ki, kilsədə dini ayinlər icra olunur.

11:36

Azərbaycan Ordusunun şəhid olan hərbçisi Dmitri Solnsevlə vida mərasimi başa çatıb.

TİA.AZ  xəbər verir ki, o, İkinci Fəxri xiyabanda dəfn ediləcək.

11:25

“Report”un əməkdaşının verdiyi məlumata görə, şəhidin bacısı oğlu Anar Süleymanov bildirib ki, dayısı sentyabrda könüllü şəkildə döyüşlərə gedib:

“Təhsilini Azərbaycan Dövlət Neft və Sənaye Universitetində alıb. Magistraturanı qırmızı diplomla bitirib. Vətənpərvər insan idi. Hətta koronavirusla mübarizə dövründə TƏBİB-də könüllü kimi çalışırdı”.

Şəhidin bacısı Yuliya Sonçeva isə bildirib ki, cəbhəyə getmək onun arzusu idi: “Biz onunla fəxr edirik. Bizim baş ucalığımızdır. Hər zaman çox məsuliyyətli, gözəl insan idi”.

Vida mərasimində Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Cihazqayırma Kafedrasının müdiri Lalə Bəkirova da çıxış edib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin… Hər müəllim elə hesab edir ki, öz oğlu rəhmətə gedib. Bütün şəhidlərimiz bu torpağın azadlığı uğrunda canlarını fəda ediblər. Bizim borcumuzdur ki, onların adını yad edək. Ağır dərddir, lakin hər dəfə Prezident İlham Əliyevin xalqla bəyan etdiyi qələbə xəbərləri ürəyimizə su səpir. Şəhidlərimizin qanının yerdə qalmamağı bizim ürəyimizi ovudur”.

11:02

Azərbaycan Ordusunun şəhid olan hərbçisi ilə vida mərasimi keçirilir.

TİA.AZ xəbər verir ki, işğal olunmuş torpaqlamızın azadlığı uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçumuz Dmitri Solnsevlə vida mərasimi yaşadığı binanın önündə keçirilir.

Vida mərasimində dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və sıravi insanlar iştirak edir.