Şəhid Bəxtiyar Muradov Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib-FOTO, VİDEObackend

Şəhid Bəxtiyar Muradov Sumqayıt Şəhidlər xiyabanında dəfn edilib-FOTO, VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlu dəfn edilib.

TİA.AZ-ın xəbərinə görə, 19 yaşlı şəhidimizin nəşi Sumqayıt Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Mərasimdə B.Muradovun yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak ediblər.

09.45

Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən təxribat nəticəsində şəhid olan əsgər Muradov Bəxtiyar Güloğlan oğlunun nəşi ailəsinə təhvil verilib.

19 yaşlı şəhidimiz nəşi yaşadığı ünvana – Sumqayıt şəhərindəki 42-ci məhəlləyə gətirilib.

Vida mərasimində şəhidimizin yaxınları ilə yanaşı, şəhər rəsmiləri, ictimaiyyət nümayəndələri, hərbçi yoldaşları və şəhər sakinləri iştirak edirlər.

Vida mərasimindən sonra şəhidimiz Sumqayıt Şəhidlər xiyabanında dəfn ediləcək.