Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi – Fotolarbackend

Şəhid atası oğlunun nəşi gətirilərkən vəfat etdi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən təxribatı nəticəsində şəhid olan hərbi qulluqçumuz Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

TİA.AZ xəbər verir ki, Qobustanın Sündü kənd sakini, 1997-ci il təvəllüdlü XTQ giziri Vadim Qocayevin nəşi Toğanada təhvil verilərkən atası buna dözməyərək vəfat edib. Onların hər ikisinin cənazəsi Binəqədi rayonuna gətirilir.

Qeyd edək ki, Vadim Qocayev Vətən Müharibəsi döyüşçüsü olub. Bir yaşlı qızı və doğulmamış körpəsi var.

Allah rəhmət eləsin!