Şəhid atası Binəqədinin icra başçısından ŞİKAYƏTÇİDİR – “İşə çox məsuliyyətsiz yanaşırlar…”backend

Şəhid atası Binəqədinin icra başçısından ŞİKAYƏTÇİDİR – “İşə çox məsuliyyətsiz yanaşırlar…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Fəxrəddinin 28 yaşı tamam olur. O, 22 yaşında 2016-cı il Şanlı aprel döyüşlərində şəhid oldu. Artıq altı ildir ki, oğlum aramızda yoxdur. Təsəllimiz isə onun xatırlanmasıdır. Bu gün də məzarını ziyarət edəcəyik. Qohumlar, şəhid ailələri bizə gələcəklər”. TİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında şəhid əsgərimiz Fəxrəddin Qurbanlını atası Seyfəddin Qurbanlı deyib. Şəhid atası oğlunun adının əbədiləşdirilməsi məsələsindən də danışıb:

“Təsəllimiz heç olmasa şəhidlərimizin adının əbədiləşdirilməsidir. Yaşadığımız Binəqədi rayonunda küçəmizə Fəxrəddinin adını verdilər, amma rəsmiləşdirməyiblər. Küçəni nə xəritəyə salırlar, nə də ad yazırlar. Bakı şəhər İcra Hakimiyyətinin 28.02.2019-cu il 77 nömrəli sərəncamı ilə küçə adı verilib. Bu işləri də Binəqədi İcra Hakimiyyəti etməlidir. Dəfələrlə İcra Hakimiyyətinə getmişəm, amma məsələni həll etmirlər. İşə çox məsuliyyətsiz yanaşırlar. Çox dəhşətli vəziyyətdir.

Fəxrəddinin təhsil aldığı Azərbaycan Universiteti onun adına təqaüd ayırıb, buna görə təşəkkürümüzü bildiririk. Bunu eşidəndə təsəlli tapırıq”.

Xatırladaq ki, Şəhidimiz Fəxrəddin Qurbanlı 1994-cü ilin bu günü Bakı şəhərində anadan olub. Qorxmaz Baxşıyev adına 179 saylı orta məktəbi bitirib. 2011-ci ildə Azərbaycan Universitetinin Sosial iş fakulitəsinə qəbul olunub. Universitetin ən yüksək təqaüt alan tələbəsi olub. Ali təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyul ayında hərbi xidmətə yollanıb. Tərtərdə xidmət edən Fəxrəddin aprel döyüşlərində qəhrəmancasına Şəhid olub. Aprelin 9-da Şəhid əsgərimiz böyük izdihamla dəfn edilib.